Bayraqdar.info – Noyabrın 10-da Parisə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya noyabrın 11-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regiondakı cari vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.








