Bayraqdar.info – Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyəti cümhurbaşqanları arasında telefon danışığı olub. Telefon danışığı zamanı Recep Tayyip Erdoğan Ersin Tatarın timsalında bütün Kıbrıs türklərinin yeni ilini ən səmimi hisslərlə təbrik edib, 2022-ci ilin xeyirli olmasını arzulayıb.
KKTC mediasının məlumatına görə, telefon danışığı zamanı COVID-19-la bağlı son durum da müzakirə edilib. R.T.Erdoğan hər zaman olduğu kimi omicron ştamının sürətlə yayıldığı indiki dövrdə də Türkiyənin KKTC-nin yanında olacağını deyib.
Cümhurbaşqanı E.Tatar da öz növbəsində Recep Tayyip Erdoğanın timsalında bütün türk xalqının yeni ilini təbrik edərək, 2022-ci ilin bölgəyə sülh və sabitlik gətirməsini arzulayıb.





