Bayraqdar.info – Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı üzvlərinin sayı artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Xəbəri martın 3-də Prezidentin Mətbuat xidməti yayıb.
“Sərəncamla Əlaqələndirmə Qərargahının üzvlərinin siyahısına Baş nazirinin müavini Şahin Mustafayev, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, PA-nın Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, energetika naziri Pərviz Şahbazov əlavə edilib”, – deyə xəbərdə bildirilir.









