Press "Enter" to skip to content

Moskva deputatları Vladimir Putindən savaşı dayandırmağı tələb edir

Moskva, Kreml

Bayraqdar.info – Moskvanın dairələrindən birinin deputatları Prezident Vladimir Putinə müraciət edərək Ukraynaya qarşı savaşı dayandırmağı tələb edib. Onlar bildirib ki, bu savaş bütün ölkənin rəzil günə düşməsinə və başqa mənfi nəticələrə gətirib çıxaracaq.

Xəbəri martın 2-də BBC-yə istinadla Ukrainskaya Pravda yayıb.

Xəbərdə deyilir ki, Moskvanın Qaqarin dairəsinin Deputatlar Şurası Rusiya ordusunun Ukrayna ərazisində apardığı hərbi əməliyyatlarla bağlı qınağını ifadə edib. Onlar təcavüzçü ölkədən dərhal öz qoşunlarını Ukraynadan çıxarmağı tələb ediblər. Deputatlar V.Putinə ünvanlanan məktubda bu təcavüzü fəlakət adlandırıblar.

“Bu, ölkənin çökməsi və dilənçi kökünə düşməsinə gedən yoldur. Heç bir başqa fəaliyyət Rusiyanın iqtisadiyyatına belə bir zərbə vura bilməzdi”, – deyə müraciət müəllifləri qeyd edib.

O da bildirilir ki, sözü gedən dairədə deputat mandatlarının çoxu müxalif “Yabloko” blokuna aiddir.

Mission News Theme by Compete Themes.