Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5 və 7 aprel tarixlərində növbəti hərrac keçiriləcək.
Bu barədə bayraqdar.info-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, Aprelin 5-də keçiriləcək hərraca 13 nəqliyyat vasitəsi, 9 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, aprelin 7-də təşkil olunacaq hərraca isə 13 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır.
Özəlləşdiriləcək avtomobillər arasında Rusiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 2002-2010-cu illər arasında dəyişir.
Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iaşə, kənd təsərrüfatı sahələrinə aiddir və bölgələrdə yerləşir.





