Press "Enter" to skip to content

CASCFEN-dən “Vətənlə döyünən ürək” sərgisinə dəstək

Son yeniləmə: 10 May 2022

Bayraqdar.info – Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də mayın 10-da baş tutacaq.

Belə ki, həmin gün “Vətənlə döyünən ürək” adlı rəsm sərgisi təşkil ediləcək. Bu barədə bayraqdar.info-ya tədbirin təşkilatçısı Aygün İsgəndərova məlumat verib.

Onun sözlərinə görə, layihə rəhbəri Elnurə İsgəndərova olan sərgidə müxtəlif yaş qruplarında 70 rəssamın iştirakı nəzərdə tutulub: “Sərgidə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə, həmçinin onun dövlət və xalq üçün gördüyü işlərə həsr edilmiş rəsm əsərləri nümayiş olunacaq”.

Qeyd edək ki, sərginin keçirilməsinə dəstək verən qurumlar arasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) də var. Bundan başqa “EL ART” Studio, “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə ” İctimai Birliyi və “Abşeron Gənclərin İnkişafı ” İctimai Birliyi də sərginin dəstəkçiləridir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.