Press "Enter" to skip to content

Latviyadan möhtəşəm örnək – RUSİYAYA QARŞI

Latviya yox dedi

Bayraqdar.info – Latviya iyunun 9-dan başlayaraq Rusiyanın bütün TV kanallarının ölkə ərazisində yayımını rəsmən yasaqlayıb.

Xəbəri Latviya İctimai Yayımçısı elan edib.

Xəbərdə deyilir ki, iyunun 6-da Milli Elektron Mass Media Şurası Rusiyada qeydiyyatdan keçmiş daha 80 kanalın yayımını yasaqlamaq qərarı verib. Bununla da bütün Rusiya kanalları Latviya ərazisində yasaqlanmış olur.

MEMMŞ prezidenti İvars Abolinş mediaya bildirib ki, qərar “Elektron mass media” haqqında qanuna yeni edilmiş əlavələr əsasında qəbul edilib. Bu əlavələrə görə, başqa ölkənin ərazi bütövlüyünü və müstəqilliyini təhdid edən ölkənin kanalları Latviya ərazisində yayımlana bilməz.

O da bildirilib ki, qərar Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatları dayandıraraq Krımı da geri qaytaracağı günə qədər qüvvədə olacaq.

Qeyd edək ki, buna qədər Latviya Kremlin əsas təbliğat vasitəsi olan kanalları yasaqlamışdı. Lakin yerdə qalan kanallar hələ də Latviya tamaşaçısı üçün əlçatan idi. Artıq bundan sonra Rusiyanın heç bir kanalı Latviyada yayımlanmayacaq.

O da bildirilir ki, Latviya Rusiyanın təbliğat internet resurslarına girişi də yasaqlayıb.

Mission News Theme by Compete Themes.