Press "Enter" to skip to content

UBP bələdiyyə islahatında qərarlıdır

Oğuzhan Hasipoğlu

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində islahatlara başlanır. Bu islahatlar öncə bələdiyyələrədn başlayacaq.

Belə ki, Ulusal Birlik Partisi bələdiyyələrlə bağlı islahatda israrlıdır. Bu barədə baş katib Oğuzhan Hasipoğlu açıqlama verib.

O, açıqlamasında partiyasının bələdiyyə islahatları məsələsində geri addım atmayacağnı vurğulayıb. Məlumata əsasən O.Hasipoğlu parlamentin iyunun 6-da keçiriləcək iclasında Seçki və Referendum Dəyişikliyi Qanun layihəsinin tez bir zamanda müzakirəsinin tələb edəcəklərini bildirib. O qeyd edib ki, hələ də vəzifələrində olan bələdiyyə sədrləri yerli seçkilər üçün nəzərdə tutulan 27 noyabr 2022-ci ilə qədər öz səlahiyyətlərini davam etdirə bilərlər.

“Müvəqqəti və Xüsusi Komitədən konsensus olmasa, biz İnzibati Komitədə müvafiq qanunları qəbul etməyi və bələdiyyələrin sayını azaltmağı qarşıya məqsəd qoymuşuq. Hər kəs bələdiyyələrin indiki sayla dayanıqlı olmadığı ilə razılaşırsa, deməli biz iqtidarla müxalifət anlaşıb bu islahatı aparmalıyıq. Xalqımızın bizdən gözlədiyi budur”, – deyə O.Hasipoğlu vurğulayıb.

Mission News Theme by Compete Themes.