Press "Enter" to skip to content

Azərbaycan tarixini və mədəni irsini qoruyub saxlayan unikal bir yer

Şəkidə “Şəhər günü” keçirildi

Bayraqdar.info – İyulun 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Şəkidə “Şəhər Günü” münasibətilə bayram tədbiri keçirildi.“Şəhər Günü” tədbirləri çərçivəsində qala divarları daxilində yerli sahibkarların hazırladığı məhsulların sərgi-satış yarmarkası keçirildi, şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər nümayiş olundu, konsert proqramı təşkil edildi, həmçinin yerli rəssamların əl işləri nümayiş etdirildi.

Şəkidə “Şəhər Günü”

Tədbirin açılışında çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin Azərbaycan tarixini, mədəniyyətini və mədəni irsini qoruyub saxlayan unikal bir yer olduğunu, bu növ tədbirlərin şəhərin qeyri-maddi irsinin tanıdılmasına dəstək göstərdiyini və şəhərin turizm potensialının inkişafında mühüm rol oynadığını bildirdi.

Azadə Hüseynova
Azadə Hüseynova

Son illər dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində böyük işlərin görüldüyünü deyən Elxan Usubov “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının ölkəmizin və Şəki şəhərinin mədəni həyatında mühüm hadisə olduğunu diqqətə çatdırdı.

Tədbir iştirakçıları Xan sarayında
Tədbir iştirakçıları Xan sarayında

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova çıxışında Şəki şəhərini özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi kimi dəyərləndirdi. O qeyd etdi ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidə var. Sədr müavini ötən il Nazirlər Kabinetinin qərarı ilə daha 58 abidənin dövlət mühafizəsinə götürülməsinin Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından önəmli olduğunu vurğuladı.

Azadə Hüseynova Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu ərazisində bir neçə tarixi binada təmir-bərpa işlərinin həyata keçirildiyini, növbəti illərdə də bu istiqamətdə işlərin mərhələli şəkildə icrasının davamının nəzərdə tutulduğunu qeyd etdi.

Mission News Theme by Compete Themes.