Press "Enter" to skip to content

İnternat məzunlarının sosial-məişət şəraiti yaxşılaşdırılır

Bayraqdar.info – Bir neçə il əvvəl Abşeron rayonunda 3 yaşayış binasından ibarət mühüm sosial layihə – “Məzun evi” sosial xidmət müəssisəsi layihəsi həyata keçirilib. Bu mənzillər də internat məzunlarına təqdim edilib. Sosial Xidmətlər Agentliyi “Məzun evi”ndə 360-dan çox mənzili məhz internat məzunlarına təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, 2021-ci ildən bu tədbirlər davam etdirilib: “Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərə mənzillər təqdim edir”.

Bu müddət ərzində Abşeron rayonundakı yaşayış kompleksində 200-dən çox, ümumilikdə isə 600-dan çox internat məzununa mənzillər təqdim edilib: “Bu proses hazırda da davam etdirilir. Bu isə öz növbəsində dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir”.

Mission News Theme by Compete Themes.