Press "Enter" to skip to content

Rusiyanın Bolqarıstandakı əməlləri faş oldu

Lena Borislavova

Bayraqdar.info – Bolqarıstan hökumətinin sözçüsü Lena Borislavova yerli “Darik” radio kanalına sensasiyalı açıqlama verib. Belə ki, o, Bolqarıstanın xüsusi xidmətində Rusiyanın ictimai xadimlərə, jurnalistlərə və siyasətçilərə təbliğat aparmaq üçün 2000 avro ödədiyi barədə məlumatın olduğunu deyib.

Bu barədə məlumatı Balkan News yayıb.

Məlumata əsasən, L.Borislavova deyib ki, pul bolqar siyasətçilərə, tanınmış jurnalistlərə, analitiklərə, politoloqlara və digər tanınmış şəxslərə verilib. Ödənişlər bu insanların ictimai rəyi Rusiyanın ambisiyalarına uyğun formalaşdırmaq üçün edilib:“Aİ və NATO haqqında təmannasız olaraq pis danışan və Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyən hər kəs bilməlidir ki, onlar aldanıblar. Sizi bunu etməyə ruhlandıranlara aylıq maaş verilir”.

L.Borislavovanın iddialarına görə, bəzi ictimai xadimlərdən ictimaiyyəti çaşdırmaq, qorxu və yalan məlumat yaymaq üçün istifadə edilib.

Məlumatda o da qeyd edilib ki, Bolqarıstan keçən həftə 70 rus diplomatını casusluq ittihamı ilə ölkədən çıxarıb.

Mission News Theme by Compete Themes.