Bayraqdar.info – 2022-2023-cü tədris ili üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.
Xəbəri iyulun 7-də Təhsil Nazirliyi yayıb.
“Nəticələrlə şagirdlərin elektron yerdəyişmə portalında şəxsi kabinetə daxil olaraq tanış olmaq mümkündür.
“Valideynlər 15 iyul tarixinədək şagirdlərin qəbul olduğu lisey, yaxud gimnaziyanı şəxsi kabinetdə videotəlimatda qeyd olunduğu kimi təsdiqləməlidir. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək. Lisey, yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək”, – deyə xəbərdə bildirilir.
Xəbərdə o da qeyd edilir ki, lisey və gimnaziya seçimi mərhələsində 10 min 499 şagird iştirak edib.





