Press "Enter" to skip to content

Çin Doğu Türkistanda tarixi də məhv edir

Məhv edilən tarix

Son yeniləmə: 9 Sentyabr 2022 09:16

BAYRAQDAR MEDİA – Çinin Doğu Türküstana qarşı əməlləri davam edir. Bu arada bəlli olub ki, Doğu Türküstanda Çin rejimi tərəfindən dağıdılan tarixi abidələrə bir yenisi əlavə edilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb. Məlumatda deyilir ki, çinli turistin çəkdiyi videonun Doğu Türküstanın Kumul vilayətinin tarixi Qara Şəhər bölgəsində ziyarətgah olduğu bəlli olub. Görüntülərdə tarixi türbənin xarici və daxili arxitekturasının dağıdılması diqqət çəkib.

Məlumatda daha sonra deyilir: “Çin rejiminin Doğu Türküstanda müsəlman türk xalqına qarşı həyata keçirdiyi zülm və assimilyasiya siyasəti davam edərkən, dini inanclara da bu təzyiq davam edir. Texniki araşdırmalar göstərir ki, 2017-ci ildən bəri Doğu Türküstanda 10 mindən çox məscid və məbəd dağıdılıb və ya ciddi şəkildə zədələnib. Avstraliyada yerləşən Avstraliya Strateji Siyasət İnstitutunun Kiber Siyasət İnstitutu ilə birlikdə hazırladığı hesabatda peyk görüntülərindən istifadə edilərək Doğu Türküstanda minlərlə məscid və türbənin dağıdıldığı ortaya çıxıb. Eyni zamanda alimlər tərəfindən hazırlanan hesabatda Çin hakimiyyəti tərəfindən bölgədəki məscid, türbə, qəbiristanlıq və digər dini yerlərin 30 faizinin dağıdıldığı, 27,8 faizinin isə zərər gördüyü müəyyən edilib”.

Mission News Theme by Compete Themes.