Press "Enter" to skip to content

“Mustafa Çəmənli” adlı virtual sərgi

Son yeniləmə: 9 Sentyabr 2022 17:49

BAYRAQDAR MEDİA – Sentyabrın 9-da görkəmli nasir, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin 75 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Mustafa Çəmənli” adlı virtual sərgi açılıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Mustafa Çəmənlinin müəllifi, redaktoru, tərtibçisi olduğu kitablar, məqalələr, eləcə də haqqında yazılan kitablar nümayiş olunur: “Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mustafa_Cemenli/index.htm linkindən istifadə edə bilərlər. Eyni zamanda Milli Kitabxanada Mustafa Çəmənlinin həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi də açılıb”.

Qeyd edilib ki, M.Çəmənli milli musiqi ifaçılığı sənətinin təbliğinə görə 1993-cü ildə Mətbuat Fondunun “Dan ulduzu” mükafatına, ön cəbhədəki çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna, “Xallı gürzə” tarixi romanına görə “Yaddaş” milli mükafatına layiq görülüb: “Milli Mədəniyyətin Təbliği Mərkəzinin “Uğur” – 2008, “Mübariz” povestinə görə “Kaspi” qəzetinin xüsusi mükafatı ilə, “Ölüm mələyi” tarixi romanına görə “Qızıl kəlmə” ədəbi mükafatı ilə (2013) təltif edilib. 2010-cu ildə Prezident təqaüdçüsü olub. 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb”.

Mission News Theme by Compete Themes.