Press "Enter" to skip to content

Türkiyə Balkanlarda da uğurlu vasitəçi ola bilər

Alban Kurti

BAYRAQDAR MEDİA – Rusiya-Ukrayna savaşında vasitəçilik missiyasını uğurla icra edən qardaş Türkiyə Balkanlarda da eyni uğuru qazana bilər. Məlumata əsasən Cümhurbaşqanı Recep Tayyip Erdoğan Serbiya səfəri zamanı Kosovo-Serbiya dialoqunda vasitəçi qismində iştirak təklifi irəli sürüb.

Öz növbəsində Kosovo Baş naziri Albin Kurti Türkiyəyə dəyər verdiklərini, lakin Kosovo ilə Serbiya arasında dialoqun hazırda Brüsseldə ABŞ-ın dəstəyi və AB-nin vasitəçiliyi ilə getdiyini bildirib: “Biz Türkiyəni dost ölkə və müttəfiq olaraq görürük. Türkiyə NATO-da çox güclü ölkədir. Lakin Kosovonun tərəf kimi iştirak etdiyi Kosovo-Serbiya dialoqu Brüsselin vasitəçiliyi və ABŞ-ın dəstəyi ilə irəliləyir. Amma təbii ki, biz bütün dost ölkələrimizin köməyinə açığıq”.

Balkan News xəbər verir ki, Bosniya və Herseqovina, Serbiya və Xorvatiyaya səfər edən R.T.Erdoğanın bölgə turuna Kosovonu da daxil etməməsini dəyərləndirən A.Kurti bu səfərin Bosniya yönümlü olduğuna diqqət çəkib: “Mənim təəssüratım budur ki, bu səfər daha çox Bosniya ilə bağlıdır. Çünki bu ölkənin Kosovodan qat-qat çox təhlükə altında olduğunu düşünürlər. Serbiya və Xorvatiyanın Bosniya üzərində güclü təsiri var və Türkiyə Cühmurbaşqanının bu dəfəki Balkan turu Bosniya ilə bağlıdır”.

Mission News Theme by Compete Themes.