Press "Enter" to skip to content

Azərbaycan Prezidenti qardaş ölkəyə gedir

Bişkek şəhərinin mərkəzi

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-12-də qardaş Qırğızıstana dövlət səfəri gerçəkləşdirəcək. Səfər qardaş ölkənin Prezidenti Sadır Caparovun dəvəti əsasında olacaq.

Xəbəri oktyabrın 10-da BAYRAQDAR MEDİA-ya Qırğızıstanın Prezident Administrasiyasından veriblər.

Səfər çərçivəsində iki ölkə prezidentinin görüş və müzakirələri nəzərdə tutulub. Eyni zamanda Dövlətlərarası Şuranın ilk toplantısı da keçiriləcək.

Prezidentin səfəri çərçivəsində Bişkekdə Qırğızıstan-Azərbaycan dostluq parkının, həmçinin Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı olacaq.

Mission News Theme by Compete Themes.