Press "Enter" to skip to content

Fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib

“Caspian Cable Systems” MMC-nin kabel zavodunda iş prosesi ilə tanışlıq

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Qobuda yerləşən “Caspian Cable Systems” MMC-nin kabel zavodunda olublar.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 10-da KOBİA-dan məlumat verilib.

Məlumata əsasən, zavodda geniş çeşiddə və müxtəlif ölçüdə mis, alüminium kabellər istehsal edilir: “Müəssisənin istifadə etdiyi xammal xarici ölkələrdən təmin olunur. Hazırda zavodda 60 nəfər çalışır”.

Qeyd edilib ki, KOBİA nümayəndələri ilə müəssisənin rəhbərliyi arasında sahibkarlıq subyektinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib: “Agentliyin istehsal müəssisələrinə göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib”.

Mission News Theme by Compete Themes.