Press "Enter" to skip to content

Keçmiş nazir İğdır Azərbaycan Evində olub

İğdır Azərbaycan Evinin önündə xatirə fotosu

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin 65-ci hökumətində nəqliyyat, dənizçilik və informasiya naziri və Kars millət vəkili Ahmet Arslan İğdır Azərbaycan Evini ziyarət edib. Ziyarətdə onunla yanaşı AK Parti Iğdır İl Başkanı Ali Kemal Ayaz, Mərkəz İlçe Başkanı Güvən Demirel, Qadın Qolları başqanı Nurgül Güneş də olub.

Bununla bağlı məlumatda bildirilir ki, o, İğdır Azərbaycan Evi Dərnəyinin başqanı Serdar Ünsal və dərnək üzvləri ilə söhbət edib. Ahmet Arslan Kars, İğdır, Naxçıvan Dəmiryolu layihəsinin aktual olduğunu və açılacaq Zəngəzur dəhlizi ilə bölgənin vəziyyətinin dəyişəcəyini vurğulayıb.

Türkiyə ilə Azərbaycanın əlaqələrinin bütün sahələri əhatə etdiyini deyən A.Arslan bu məsələdə iki dövltə başçısının rolunun olduğunu vurğulayıb. O, həmçinin “Biz bu bölgədə qardaşlığımızı pozmağa çalışanlara qarşı həmrəy olmalıyıq”, – deyib.

Dərnək haqqında məluamt verən S.Ünsal isə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyin önəmindən bəhs edib.

Görüşün sonunda S.Ünsal erməni vəhşiliklərindən bəhs edən “Ürəyim İrəvanda qaldı” və “Soyqırım” kitablarını A.Arslana hədiyyə edib.

Mission News Theme by Compete Themes.