Press "Enter" to skip to content

Tərbiyəçi-müəllim olmaq istəyənlər üçün şərt

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 10-da Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar: “Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək”.

Mission News Theme by Compete Themes.