Press "Enter" to skip to content

KKTC Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilib

KKTC

BAYRAQDAR MEDIA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu noyabrın 11-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, müvafiq qərar TDT-nin Səmərqənd sammitində qəbul edilib: “Türk dünyasının ayrılmaz bir parçası olan Kıbrıslı qardaşlarımızın yalnız olmadığını göstərərək həll prosesinə də töhfə verdik. Bu həmrəylik iradəsini sərgilədiyiniz üçün siz qiymətli qardaşlarıma ayrı-ayrı təşəkkür edirəm”.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu da KKTC-nin TDT-yə üzv olmasını sevinc hissi ilə paylaşıb.

Mission News Theme by Compete Themes.