Press "Enter" to skip to content

KKTC Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilib

KKTC

BAYRAQDAR MEDIAKuzey Kıbrıs Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu noyabrın 11-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, müvafiq qərar TDT-nin Səmərqənd sammitində qəbul edilib: “Türk dünyasının ayrılmaz bir parçası olan Kıbrıslı qardaşlarımızın yalnız olmadığını göstərərək həll prosesinə də töhfə verdik. Bu həmrəylik iradəsini sərgilədiyiniz üçün siz qiymətli qardaşlarıma ayrı-ayrı təşəkkür edirəm”.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu da KKTC-nin TDT-yə üzv olmasını sevinc hissi ilə paylaşıb.

Mission News Theme by Compete Themes.