Press "Enter" to skip to content

Nazirdən minnətdarlıq açıqlaması

Tahsin Ertuğruloğlu

Tahsin Ertuğruloğlu: Dövlətimizin ilk dəfə olaraq konstitusion adı olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti adı ilə beynəlxalq təşkilata üzv olması bu tarixi günə xüsusi məna qatdı

BAYRAQDAR MEDİA – Xarici işlər naziri Tahsin Ertuğruloğlu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi ilə bağlı açıqlama yayıb.

Sosial şəbəkə hesabından yayılan aşıqlamada deyilir: “Bu gün (11 noyabr 2022-ci il) Kıbrıs türk xalqı və Kuzey Kıbrıs Türk Cümhuriyyəti üçün tarixi bir gündür.

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin elan edilməsinin 39-cu ildönümünə dörd gün qalmış Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsini coşqu və qürurla qarşılayıram”.

Nazir açıqlamasında bu müşahidəçi üzvlüklə bağlı prosesin başlanmasına və əldə edilən uğura görə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana və Türkiyə Xarici İşlər Nazirliyinə minnətdarlıq edib.

Açılamada daha sonra deyilir: “Dövlətimizin ilk dəfə olaraq konstitusion adı olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti adı ilə beynəlxalq təşkilata üzv olması bu tarixi günə xüsusi məna qatdı. Ortaq tarixə, mədəniyyətə və kimliyə malik olan, eyni zamanda türk dilində danışan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərə göstərdikləri həmrəyliyə görə KKTC adından və şəxsən öz adımdan sonsuz təşəkkürümü bildirirəm”.

Qeyd edilib ki, KKTC Türk Dövlətləri Təşkilatının əsas məqsədlərinin və ortaq maraqların həyata keçirilməsinə bütün imkanları ilə töhfə verəcək, əməkdaşlığı gücləndirmək üçün yorulmadan çalışacaqdır.

Mission News Theme by Compete Themes.