BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanın qədim Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə görüşü öz işinə başlayıb.
Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə dövlət rəhbərləri, həmçinin Macarıstanın Baş naziri və Türkmənistan Xalq Məsləhətinin sədri iştirak edir.
Bundan başqa türk dövlətlərinin ortaq qurumlarının rəhbərləri də tədbirə qatılıb.





