Press "Enter" to skip to content

“Zəfər” məktəblilərarası I tarix olimpiadası başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadası başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 11-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.

Qeyd edilib ki, BŞTİ tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş olimpiada 3 mərhələdən (məktəb, şəhər və final) ibarətdir: “Müsabiqənin məktəb mərhələsində şagirdlər 1 saat vaxt ərzində 25 sualdan ibarət test tapşırığını həll edəcəklər. I mərhələdən uğurla keçən şagirdlər mərkəzləşmiş qaydada təşkil olunmuş şəhər turunda iştirak etmək hüququ qazanacaqlar. Şəhər turunun nəticələrinə əsasən, yüksək nəticə əldə etmiş şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar. Həmçinin olimpiadanın final mərhələsinə çıxan şagirdlər arasında breyn-rinq təşkil olunacaq”.

Mission News Theme by Compete Themes.