Press "Enter" to skip to content

“Avroviziya 2023”də Azərbaycanı onlardan biri təmsil edəcək – ŞƏKİLLƏR

"Avroviziya 2023" hazırlıqları

BAYRAQDAR MEDİA – Azərbaycanın “Avroviziya 2023”də nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb.

Nümayəndə heyətindən fevralın 2-də BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdə deyilir ki, “öncə qeyd etdiyimiz kimi, müsabiqəyə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət yetirilib. Bu amillə yanaşı digər parametrlər də nəzərə alınaraq 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər – Leyla İzzətova, Humay AslanovaƏmrah Musayev dueti, Mamagama qrupu, TuranTural Bağmanovlar dueti və Azər Nəsibovdur”.

İ.Dadaşova onu da əlavə edib ki, “mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib”.

“Səsyazmadan sonra canlı ifaların video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qrupuna təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”, – deyə İ.Dadaşova əlavə edib.

Mission News Theme by Compete Themes.