Osman Zolan: Uşaqlar bizim göz bəbəyimiz, gələcəyimizdir
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi semestr tətilində uşaqlar üçün xüsusi şənlik proqramı hazırlayıb. Fevralın 2-də başlayacaq proqram 3 gün davam edəcək.
Denizli Böyükşəhər Bələdiyyəsindən verilən məlumata görə, 3 gün ərzində 6 uşaq tamaşasının nümayiş olunacağı Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində uşaqlar sürprizlərlə qarşılaşacaq: “TRT-də yayımlanan “Kapitan Pengu və Dostları” və “Maysa və Bulut” Dənizlili uşaqlarla görüşəcək. Bundan əlavə, festival boyu “Qaragöz və Hacivat”, “Kukla teatrı” və “Bremen musiqiçiləri” uşaq tamaşaları nümayiş etdiriləcək”.
Lakin bu da son deyil. 2, 3 və 4 fevral tarixlərində saat 10:00-dan etibarən uşaqlar müxtəlif oyun meydançalarında vaxt keçirə, maraqlı personajlarla fotosessiya edə biləcəklər. Tədbir zamanı Böyükşəhər Bələdiyyəsi tərəfindən uşaqlara pambıq şəkər və popkorn təqdim olunacaq.
Üç gün ərzində ümumilikdə 10 seansla səhnələşdiriləcək uşaq tamaşaları saat 13.00-da başlayacaq. Festival zamanı mərkəzdəki planetarium (planet evi) uşaqlar üçün pulsuz olacaq.
Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan uşaqların semestr tətillərini səmərəli keçirmələri üçün maarifləndirici və əyləncəli məzmunla dolu bir proqram hazırladıqlarını söyləyib: “Uşaqlar bizim göz bəbəyimiz, gələcəyimiz, hər şeyimizdir. Denizli Böyükşəhər Bələdiyyəsi olaraq uşaqlarımızın gələcəyə hazırlanmalarını, daxili enerjilərini ortaya qoymalarını istədik”.





