Press "Enter" to skip to content

“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

Tədbir zamanı

Son yeniləmə: 2 Fevral 2023 15:06

BAYRAQDAR MEDİA – 2 fevral-Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının “ReBrend” Forumu keçirilib. 110 nəfər gənc lideri özündə birləşdirən tədbirin məqsədi TGT-lər üçün optimal PR həlləri və bu sahədəki zəngin təcrübəni paylaşmaq olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya verilən məlumatda deyilir ki, peşəkarların öz təcrübələrini bölüşdüyü tədbirdə “Nar”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov “Müasir dövrün çağırışlarına cavab verən PR strategiyaları” mövzusunda çıxış edərək gəncləri maraqlandıran sualları cavalandırıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən forumda mütəxəssislərin vörkşoplarından əlavə, gənc liderlərə müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edilib.

Qeyd edək ki, ölkənin maariflənməsinə hər zaman öz töhfəsini verən “Nar” təhsil və inkişafa yönəlik layihələr həyata keçirir. Bu layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

Mission News Theme by Compete Themes.