BAYRAQDAR MEDİA – Bu il 35-ci Beynəlxalq Skopye Kitab Sərgisi “Yeni kitabların qoxusu baharın müjdəçisidir” şüarı ilə öz qapılarını ziyarətçilərin üzünə açıb.
Bu barədə Yeni Balkan məlumat verib.
Bildirilib ki, mayın 10-dək davam edəcək kitab sərgisi Skopyedəki Boris Traykovski adına İdman Salonunda keçirilir.
Məlumata əsasən, onlarla nəşriyyatın kitablarını sərgilədiyi yarmarkada Yeni Balkan Nəşrləri də iştirak edir.
Yeni Balkan Nəşrlərindən 100-dən çox kitab oxucuların ixtiyarına verilib.





