Press "Enter" to skip to content

Kitab tanıtma: “Mən həqiqətin səsiyəm” (“Men haqiqat sadosiman”)

Mən həqiqətin səsiyəm

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı qiymətli nəşrlər sırasında Əhməd Cavadın “Mən həqiqətin səsiyəm” (“Men haqiqat sadosiman”) kitabı da var.

Ə.Cavadın zəngin ədəbi irsi olan kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Klassik Azərbaycan ədəbiyyatının tədqiq, tərcüməsi və nəşri” adlı layihəsi çərçivəsində özbək dilinə tərcümə edilərək hazırlanıb.

Bildirək ki, bu layihə ilə klassik Azərbaycan ədəbiyyatının N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.Ə.Sabir və s. kimi görkəmli nümayəndələrinin və “Kitabı-Dədə Qorqud” dastanı özbək dilinə tərcümə edilərək nəfis şəkildə çap edilib.

Layihənin rəhbəri sabiq Mədəniyyət naziri Anar Kərimov, layihənin koordinatorları tarix üzrə fəlsəfə doktoru Akif Maarifli, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Fəxri mədəniyyət işçisi Samir Abbasov, elmi məsləhətçi və ön sözün müəllifi akademik Nizami Cəfərov, özbək dilinə tərcümə edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Şəhla Qasımova, redaktorlar Dos. Gülbahar Aşurova, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmməd-zadə, nəşrə məsul isə Nadir Əlmirzəyevdir.

Qeyd edək ki, bu gün istiqlal şairinin anadan olmasının 131-ci ildönümüdür. O, mayın 5-i 1892-ci ildə anadan olub.

Mission News Theme by Compete Themes.