Press "Enter" to skip to content

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsində Konqresin Nümayəndələr Palatası və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji üzrə Alt Komitəsinin sədr müavini Maykl Klaud və Nümayəndələr Palatasının Enerji, Su Təsisatları və Əlaqəli Qurumlar üzrə Alt Komitəsinin respublikaçı üzvü Dan Nyuhauz ilə görüşlərdə Azərbaycanla Birləşmiş Ştatlar arasında mövcud uğurlu enerji əməkdaşlığının yeni mərhələdə inkişaf perspektivləri müzakirə edilib. Enerji tərəfdaşlığının töhfələri olan Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrin regional enerji təchizatına davam edən töhfələri nəzərdən keçirilib. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Trans-Adriatik Boru Kəmərinin reallaşmasındakı həlledici rolu qeyd edilib. Hazırda ABŞ Prezidentinin regionda sülhün bərpasına yönəlmiş siyasəti fonunda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun, həmçinin Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair Anlaşma Memorandumunun enerji tərəfdaşlığı üçün yeni imkanlar açdığı vurğulanıb”.

Sonra xəbərdə, “strateji tərəfdaşlıq əlaqələrində regional enerji bağlantılarının mühüm komponentlərdən olduğu, bu xüsusda, Azərbaycanla, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi axınlarını təmin edəcək layihələrin əhəmiyyəti nəzərdən keçirilib. ABŞ Administrasiyası ilə yeni reallıqlar və imkanlar müstəvisində enerji sahəsində dialoq və əməkdaşlığı gücləndirməyin vacibliyi qeyd olunub. Enerji əlaqələrinin genişləndirilməsi ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və Palatanın üzvü olan aparıcı enerji şirkətləri ilə keçirilən görüşdə də müzakirə olunub. Bildirilib ki, Prezident İlham Əliyevin vizyonu Azərbaycanın beynəlxalq enerji bazarındakı fəal rolunu yalnız karbohidrogenlərdə deyil, həm də elektrik, bərpa olunan enerji və hidrogen sahələrində qorumaq və gücləndirməkdən ibarətdir” deyə bildirilir.

Xəbərdə eləcə də qeyd olunur ki, “ABŞ ilə dostluq və sıx əməkdaşlıq münasibətləri bu istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. Ticarət Palatası tərəfindən Azərbaycanın qlobal enerji gündəminə verdiyi töhfələri və yaşıl enerji sahəsindəki səyləri yüksək qiymətləndirilib, Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə edilib. Bu məqsədlə Palatanın nümayəndə heyətinin gələn ilin fevralında Azərbaycana səfər edəcəyi və enerji əməkdaşlığının əsas prioritet istiqamətlərdən biri olacağı diqqətə çatdırılıb”.

Mission News Theme by Compete Themes.