Press "Enter" to skip to content

Ərdəbildən olan nümayəndə heyəti ilə görüş keçirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyində İran İslam Respublikasının Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə qonaqları salamlayan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafına xüsusi təkan verir.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə bildirilib ki, iki ölkə arasında iqtisadi tərəfdaşlıq əlaqələri inkişaf edir. İranın Ərdəbil vilayəti ilə müxtəlif istiqamətlər, o cümlədən ticarət və investisiya üzrəbirgə fəaliyyətin gücləndirilməsi istiqamətində böyük potensial var: “Tərəflər mədənçilik, kənd təsərrüfatı, turizm və digər sahələrdəəməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında damüzakirə aparıblar”.

Mission News Theme by Compete Themes.