BAYRAQDAR MEDİA – Türkiyə Elmlər Akademiyasının (TÜBA) 2025-ci il Üstün Başarılı Gənc Elm İnsanı Mükafatına (TÜBA-GEBİP) Bilkent Universitetinin iki müəllimi layiq görülüb.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə, 2025-ci il TÜBA mükafatını alan universitet müəllimlərindən Fizika Bölümündən Dr. Öğr. Üzvü Emre Ozan Polat və Riyaziyyat Bölümündən Dos.Dr. Naci Saldı mükafatlarını dekabrın 23-də Ankarada keçiriləcək mərasimdə qəbul edəcəklər: “Fizika Bölümündən Dr. Emre Ozan Polat eksperimental bərk hal fizikası sahəsindəki araşdırmaları, Riyaziyyat Bölümündən Dos. Dr. Naci Saldı isə tətbiqi riyaziyyat sahəsindəki elmi işləri ilə təbiət elmləri kateqoriyasında 2025 TÜBA-GEBİP mükafatına layiq görülüb. GEBİP hər il elmi fəaliyyətləri ilə seçilən gənc alimləri araşdırmalarında və öz tədqiqat qruplarını formalaşdırmaqda dəstəkləməyi, həmçinin ölkəmizdəki gənc alimləri yüksək səviyyəli araşdırmalara təşviq etməyi hədəfləyir”.
Qeyd edilib ki, 2025-ci ildə TÜBA-GEBİP mükafatını ümumilikdə 28 gənc alim qazanıb. 2001-ci ildən bəri davam edən proqram çərçivəsində indiyədək 697 tədqiqatçı dəstəklənib.





