BAYRAQDAR MEDİA – Türkiyənin Denzili şəhərində Durmuş Ali Çoban Anadolu Liseyində “Türk dünyasına səyahət” adlı tədbir keçirilib. Tədbir Türkiyənin Pamukkale Universiteti (PAÜ) Çağdaş Türk Ləhcələri və Ədəbiyatları, Altay Topluluqları Dil və Mədəniyyətləri Mərkəzi, Türk Yurtları Mədəniyyət və İncəsənət Topluluğu, Durmuş Ali Çoban Anadolu Liseyi və Ülker Yörükoğlu Elm və İncəsənət Mərkəzinin əməkdaşlığı ilə reallaşıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, tədbir, TÜBİTAK 2204-A Sosialogiya sahəsində yürüdülən “Cənubi Koreya Mədəniyyətinin (Hallyu) Türk şagirdlərinin sosial dəyər və özlük algısına təsirləri” layihəsinə dəstək vermək məqsədilə Pamukkale Universiteti tələbələrinin iştirakı ilə təşkil edilib: “İstiklal Marşının oxunmasından sonra Türk Yurtları Mədəniyyət və İncəsənət Topluluğunun məsləhətçisi Doç. Dr. Soner Sağlam açılış nitqi edib. Ardınca PAÜ tələbəsi İslambek Uzakbay Qazaxıstanı tanıdıb. Serikbol Dolda isə dombra ilə musiqi nömrəsi təqdim edib. Sonra Erasmus tələbələri Kara Jorga oyununu nümayiş etdiriblər. Kırğızıstan tanıtımı üçün Eliza Mirtemirova səhnəyə çıxıb. Bermet Keneshova komuz aləti ilə çıxış edib”.
Digər türk xalqlarına dair təqdimatlar da edildikdən sonra liseyin müdir müavini Çetin Yalçın öz yazdığı şeirləri səsləndirib və musiqi müəllimləri musiqi proqramı ilə çıxış ediblər: “Proqramın sonunda Türk Yurtları Mədəniyyət və İncəsənət Topluluğu əlifba fərqliliyi üzrə maarifləndirici atölye keçirib. Şagirdlərə müxtəlif əlifbalardan adların yazıldığı ayraclar təqdim olunub. Tədbir nəticəsində Türk dünyası və Türk mədəniyyəti şagirdlərlə görüşüb, Türk mədəniyyətinin zənginliyi bir daha ortaya çıxmış olub”.





