BAYRAQDAR MEDİA – “Ardahanı rəsm ilə gülümsət” layihəsi çərçivəsində Dövlət Xəstəxanasının dəhlizləri Bilim və Sənət Mərkəzi (BİLSEM) şagirdlərinin rəsmləri ilə bəzədilib.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, Ardahan İl Sağlıq Müdürlüyü və İl Milli Eğitim Müdürlüyü arasında həyata keçirilən əməkdaşlıq proqramı çərçivəsində Ardahan Dövlət Xəstəxanasının divarları şagirdlərin fırçalarından çıxan rəngarəng tablolarla zinətlənib: “Atatürk Mahalləsində fəaliyyət göstərən Şəhid Er Serhat Şanlı Peşə və Texniki Anadolu Liseyində yaradılan BİLSEM-in gözəl sənətlər bölməsində təhsil alan lisey şagirdləri öz istedadlarını bu dəfə xəstələrə mənəvi dəstək olmaq üçün sərgiləyib. Rəsm bölməsinin şagirdləri sosial məsuliyyət layihəsi çərçivəsində xəstəxananın divarlarında nümayiş olunacaq əsərlər hazırlayıb. Məktəbdə çəkilən rəsmləri xəstəxanaya gətirən şagirdlər uşaq xəstəlikləri şöbəsinin dəhlizlərini sanki bir sənət muzeyinə çeviriblər”.
Milli Eğitim Müdürü Yusuf Uzantı isə layihəyə töhfə verən hər kəsə minnətdarlığını bildirərək şagirdlərin yaratdığı əsərlərin xəstəxanaya fərqli bir gözəllik qatdığını qeyd edib.





