Press "Enter" to skip to content

QHT Agentliyi Africa Urban Forumda təmsil olunur

Forumdan xatirə fotosu

BAYRAQDAR MEDİA – Aprelin 8-dən Keniyanın paytaxtı Nayrobidə II Afrika Şəhərsalma Forumu (AUF2) işə başlayıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun nümayəndələri – Samir Məmmədov, Şəbnəm Məhərrəmova, WUF13 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Agentliyin əməkdaşı Nilufər Əhmədova da Forumun işində iştirak edir.

Bu barədə Agentliyin məlumatında qeyd edilib.

Məlumata görə, Forum “Hər kəs üçün layiqli ev: 2063 hədəflərinin həyata keçirilməsi istiqamətində sosial-iqtisadi və ekoloji transformasiyanın təşviqi” mövzusuna həsr olunub və aprelin 10-dək davam edəcək: “Afrika Şəhərsalma Forumuna Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli, bu Platformanın Katibliyinin təmsilçisi Fuad Kərimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli də qatılıb”.

Forum çərçivəsində Azərbaycan QHT-ləri tərəfindən yan tədbirin təşkili də gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.