Press "Enter" to skip to content

Türkiyəli qonaqlar bir sıra görüşlər keçirəcəklər

Şəhidlər xiyabanında xatirə fotosu

BAYRAQDAR MEDİA – Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Türk Strateji Düşüncə Mərkəzi”nin rəhbəri Onur Beyhan və bu təşkilatın 2 üzvü Azərbaycanda səfərdədir. Qonaqlar aprelin 12-də Bakıda Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi Kompleksini ziyarət ediblər.

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu və həmin təşkilatın bir neçə üzvü ziyarətdə iştirak edib.

İctimai Birlikdən verilən məlumata görə qonaqlar Milli Məclisin bəzi deputatları, həmçinin, ictimai sektorda çalışan ziyalılarla görüşəcək, bəzi media orqanlarına müsahibə verəcək, fikir mübadiləsi aparacaqlar.

Səfər aprelin 22-də başa çatacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.