Press "Enter" to skip to content

Universitetdə tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

Görüş zamanı

Son yeniləmə: 3 May 2026

BAYRAQDAR MEDİA – Azərbaycan Texniki Universitetində tələbə-gənclərlə maarifləndirici görüş təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində reallaşıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumatda deyilir ki, layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və müasir çağırışlar fonunda milli kimliyin qorunması istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir: “Tədbiri giriş sözü ilə açan Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənli yaradılan şəraitə görə Azərbaycan Texniki Universitetinin rəhbərliyinə və aditoriyada iştirak edən tələbələrə təşəkkür edib. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil olunan görüşlər interaktiv metodlar, açıq müzakirələr və praktiki yanaşmalar vasitəsilə həyata keçiriləcək və gənclərin mövzuya daha aktiv cəlb olunması təmin ediləcək. Emin Həsənli vurğulayıb ki, layihənin əsas məqsədi gənc nəslin milli şüurunun gücləndirilməsi, onların tarixi köklərə bağlılığının artırılması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsidir. O həmçinin qeyd edib ki, təşkilatın indiyədək həyata keçirdiyi bütün tədbirlərdə gənclərin vətənə bağlılığının möhkəmləndirilməsi, cəmiyyətdə birlik və həmrəylik ruhunun təşviqi əsas prioritet olub və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək”.

Növbəti çıxışçı, layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq bildirib ki, müasir qloballaşma şəraitində gənclər müxtəlif xarici təsirlərə daha açıq olan sosial qruplardan biridir. Bu baxımdan onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, milli ruhda formalaşmış gənclik dövlətin gücünün, sabitliyinin və davamlı inkişafının əsas dayaqlarından biridir. O əlavə edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi gələcəkdə sağlam və güclü cəmiyyətin formalaşmasına zəmin yaradır.

Tədbirdə çıxış edən AMEA Folklor İnstititunun dosenti, filologiya üzrə fəlsəfə doktoru, Qeyri Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin sədri Aynur İbrahimova bildirib ki, Azərbaycanın işıqlı sabahı olan tələbə gənclər həm öz ixtisası üzrə mükəmməl biliyə sahib olmalı, həm də milli kimlik şuruna sahiblənərək mənəvi dəyərlərin qorunmasında və geni təbliğində yaxından iştirak etməlidir: “Bu gün ki gənclik bu baxımdan daha şanslıdır. Onlar milli mənəvi dəyərlərimizi təbliğ edə bilmələri üçün geniş derurslara malikdir. Amma elə dönəmlər olub ki, insanlarımız məhdud imkalarla öz milli kimliyini və milli mənəvi dəyərlərini yaşatmaq məcburiyyəti qarşısında qalıblar. Aynur İbrahimova gənclərə tövsiyə edərək bildirib ki, milli mənəvi dəyərlərimizi təbliğ edə bilmələri üçün Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası çox əhatəli bir sənəddir. Onunla yaxından tanış olduqdan sonra bu sahədə daha məsuldar fəaliyyətlə məşğul ola bilərlər. Təbbi ki, dövlət qrumları və digər urumlar bu konsepsiyadan irəli gələn vəzifələri icra edəcəklər amma tələbə gənclərində bu prosesə qoşulması olduqca təqdirəlayiq olardı”.

Görüş interaktiv formatda davam edib, tələbə-gənclər çıxışçılara onları maraqlandıran sualları ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək layihəyə maraq və dəstəklərini ifadə ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.