Press "Enter" to skip to content

Hikmət Hacıyev: QHT icmasının iştirakı olmadan belə bir tədbir tam hesab edilə bilməzdi

Hikmət Hacıyev

BAYRAQDAR MEDİA – “WUF13 çərçivəsində QHT Forumunun təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutlarının inkişafına xüsusi diqqət yetirir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 19-da keçirilən “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO Forum”) adlı tədbirdə çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan dayanıqlı, davamlı və insanyönümlü şəhərlərin formalaşdırılması mümkün deyil: “QHT icmasının iştirakı olmadan belə bir tədbir tam hesab edilə bilməzdi. Sizin baxışlarınız, töhfələriniz və tövsiyələriniz bizim üçün olduqca dəyərlidir”.

Çıxışda bildirilib ki, Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb: “Dövlət tərəfindən QHT-lərin maliyyə imkanlarının artırılması, təlim proqramları, institusional inkişaf və potensialın gücləndirilməsi istiqamətində dəstək göstərilir. Biz Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesində QHT-lərin bilik və təcrübəsindən geniş istifadə edirik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.