Press "Enter" to skip to content

Azərbaycan universitetlərinin WUF13 çərçivəsində layihələrinin nümayişi

Azərbaycan universitetlərinin WUF13 çərçivəsində layihələrinin nümayişi

BAYRAQDAR MEDİA – Azərbaycan universitetləri WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” həlləri və ekoloji innovasiyalar istiqamətində hazırladıqları layihələrlə təmsil olunurlar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “sərgidə Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti iştirak edir. Universitetlər tərəfindən yaşıl enerji, robot texnologiyaları, rəqəmsal transformasiya və iqlim dəyişikliklərinə adaptasiya sahələrini əhatə edən elmi-tədqiqat və startap layihələri nümayiş etdirilir. Bununla yanaşı, ali təhsil müəssisələrinin tətbiqyönümlü innovativ təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları da ziyarətçilərə təqdim olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.