BAYRAQDAR MEDİA – “Dünən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu müzakirələr üçün əlverişli bir məkandır. Azərbaycan xalqı şəhərsalma sahəsində qədim ənənələrə malikdir. Qəbələ qədim İpək Yolunun mühüm şəhərlərindən biri olub. Bakı isə mədəni irsin qorunması baxımından mühüm mərkəzdir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 19-da keçirilən “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO Forum”) adlı tədbirdə çıxışı zamanı bildirib.
Prezidentin köməkçisi çıxışında qeyd edib ki, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri böyük bir missiyadır: “Minalarla çirkləndirilmiş ərazilərdə biz yeni tarix yazırıq. Təəssüf ki, XX əsrdə şəhərlər gözlərimizin önündə dağıdılıb, doqquz şəhərimiz məqsədli şəkildə yerlə-yeksan edilib. Ağdam, məsələn, Qafqazın “Xirosiması” adlandırılırdı. Yüz minlərlə insana ev olan bu şəhər tamamilə dağıdılmışdı. Biz isə bu ərazilərdə vətəndaşlarımız üçün yeni həyat qururuq. Azərbaycan doğrudan da bu Şəhərsalma Forumu üçün ən münasib məkandır. Biz öz təcrübəmizi bölüşməyə və müxtəlif təcrübələri öyrənməyə hazırıq. Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında körpü rolunu oynayır”.






İlk şərhi yaza bilərsiniz