Press "Enter" to skip to content

Xarici ölkələrdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi

Xarici ölkələrdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi

BAYRAQDAR MEDİA – “Qrant haqqında” Qanun və Prezidentin “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı rəhbər tutulmaqla Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi elan edilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 3 iyun 2026-cı il, saat 17:00-dək grants@edu.gov.az elektron poçtu vasitəsi ilə həyata keçiriləcək”.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla elan və şərtlər toplusu vasitəsilə tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.