Press "Enter" to skip to content

Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş

Görüş zamanı

Son yeniləmə: 20 May 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov ilə görüş keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı Qrupu arasında uğurlu əməkdaşlığın nəticələri məmnunluqla qeyd olunub: “Tərəflər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin iqtisadi inkişaf və dayanıqlı urbanizasiya baxımından əhəmiyyətini vurğulayıblar. Müzakirələr zamanı Azərbaycanda və regionda infrastrukturun inkişafına dəstək, özəl sektorun maliyyələşdirilməsini təşviq etmək üçün Dünya Bankının maliyyə alətlərindən istifadəvə şəhərsalma sahəsində potensial layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb”.

Görüşdə dayanıqlı inkişaf məqsədlərinə uyğun layihələrin həyata keçirilməsinin regionun iqtisadi və sosial inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.