Son yeniləmə: 20 May 2026
BAYRAQDAR MEDİA – Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti onlayn iclası keçirilib. İclasda Komissiyanın aidiyyəti işçi qruplarının və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Qlobal İnnovasiya İndeksi 2025” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayıb: “İndikatorlar üzrə məlumatların yenilənməsi, beynəlxalq təşkilatlarla əlaqələndirmənin davam etdirilməsi və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev məlumatların beynəlxalq təşkilatlara vaxtında və düzgün təqdim edilməsinin vacibliyini qeyd edib, indeks indikatorlarının fəaliyyət planlarında daha sistemli nəzərə alınmasının önəmini vurğulayıb”.
Məlumatda deyilir ki, iclasda indeks üzrə görülmüş işlər, yenilənməsi tələb olunan indikatorlar, yaxın dövr üçün nəzərdə tutulan tədbirlər və növbəti hesabatla bağlı məsələlər müzakirə olunub.
Sonda aidiyyəti işçi qrupları arasında koordinasiyanın gücləndirilməsi və fəaliyyət planlarının vaxtında icrasının vacibliyi qeyd edilib.






İlk şərhi yaza bilərsiniz