Press "Enter" to skip to content

KKTC-nin QHT nümayəndələri ilə görüş olub

Görüşdən xatirə fotosu

Son yeniləmə: 20 May 2026

BAYRAQDAR MEDİA – Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) olan nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə verilən məlumatda qeyd edilir ki, görüşdə KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer və nümayəndəliyin 3-cü katibi Görkem Reis, həmçinin KKTC-ni təmsil edən bir sıra ictimai təşkilat rəhbərləri iştirak ediblər: “Görüşdə Kuzey Kıbrıs Genç İş İnsanları Dərnəyinin (GİAD) nümayəndəsi Yusuf Tekinay, Kıbrıs Türk Girişimci Kadınlar Dərnəyinin (GİKAD) rəhbəri Gülnur Sadıkoğlu, Şehit Aileleri ve Malul Gaziler Dərnəyinin nümayəndəsi Barış Buba, Kuzey Kıbrıs Tanıtma Platformasının rəhbəri Okyay Sadıkoğlu, Kıbrıs Türk İş İnsanları Dərnəyinin (İŞAD) Azərbaycan təmsilçisi İlhami Bilgen və Kıbrıs Türk Mavi Vatan Dərnəyinin nümayəndəsi Metin Yılğın iştirak ediblər. Azərbaycan tərəfdən isə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ülvi Məmmədəliyev görüşə qatılıblar. Azərbaycan Milli QHT Forumunun ofisində keçirilən görüş zamanı Baş katib Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Katibliyinin fəaliyyəti və həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O bildirib ki, Türk dünyası ölkələrinin QHT-ləri arasında əlaqələrin genişlənməsi, birgə layihələrin həyata keçirilməsi və davamlı əməkdaşlıq münasibətlərinin qurulması ictimai diplomatiyanın inkişafına, ortaq mənəvi-mədəni dəyərlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir”.

Görüş zamanı KKTC-dən olan QHT nümayəndələri tərəfindən bir sıra təşəbbüs və təkliflər səsləndirilib. Bildirilib ki, həssas qruplar, xüsusilə şəhid ailələri arasında qarşılıqlı əlaqələrin və koordinasiyanın gücləndirilməsi vacib istiqamətlərdən biridir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri üçün vahid rəqəmsal platforma və internet saytının yaradılması təklif olunub. Qeyd edilib ki, bu platforma vasitəsilə müxtəlif ölkələrdən olan QHT nümayəndələrinin rahat şəkildə əlaqə qurması və birgə fəaliyyət imkanlarının genişləndirilməsi mümkün olacaq.

Müzakirələr zamanı bir sıra vacib sahələr üzrə əməkdaşlıqların inkişafının zəruriliyi vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.