Press "Enter" to skip to content

ARUCAD-dan mənalı divar rəsmi

Girnə Yanğınsöndürmə İdarəsinin binasında xüsusi divar rəsmi hazırlanıb

BAYRAQDAR MEDİA – KKTC-nin Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin müəllimi Batu Gündal və tələbələri tərəfindən Girnə Yanğınsöndürmə İdarəsinin binasında xüsusi divar rəsmi hazırlanıb. Əsərdə yanğınsöndürənlərin cəsarəti, fədakarlığı və cəmiyyət üçün gördükləri həyati xidmətlər təsvir olunub.

Universitetdən verilən məlumata görə, divar rəsmi Girnə Yanğınsöndürmə İdarəsi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib: “Rəsmdə alovların arasından uşağı xilas edən yanğınsöndürən obrazı və xilasedici əməliyyat səhnələri yer alıb. Eyni zamanda 6 fevral Hatay zəlzələsində həyatını itirən “Şampiyon Mələklər”in xatirəsinə həsr olunan xüsusi simvol da əsərdə əks etdirilib”.

Layihənin həmrəylik və ictimai yaddaş mesajı verdiyi bildirilib. Hazırlanan mural Girnə Yanğınsöndürmə İdarəsinin binasında qalıcı sənət nümunəsi kimi yer alıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.