BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşlərdə sakinlərin müraciətləri yerində dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır. Mədəniyyət naziri Adil Kərimli mayın 22-də Beyləqan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Beyləqan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər. Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub”.
Nazir vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını diqqətə çatdırıb.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.






İlk şərhi yaza bilərsiniz