BAYRAQDAR MEDİA – Ardahan Üniversitesi İnsanî Bilimler ve Edebiyat Fakültəsinin İngilis Dili və Ədəbiyyatı Bölümünün tələbələri dünya şöhrətli dramaturq William Shakespearein məşhur “Romeo and Juliet” tamaşasını səhnələşdiriblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Hoca Ahmet Yesevi Konfrans Salonunda ingilis dilində təqdim olunan tamaşa dil təhsilini sənətlə birləşdirərək izləyicilərə maraqlı və peşəkar səhnə performansı təqdim edib. Tədbirdə universitetin rektor müavini Yeliz Demir, fakültə dekanları, akademik və inzibati heyət, eləcə də tələbələr iştirak ediblər.
Tamaşanın hazırlıq prosesi Zennure Elgün Gündüzin akademik rəhbərliyi altında həyata keçirilib, səhnə quruluşu isə Fatma Vat və Burcu Kılıç tərəfindən hazırlanıb. Tələbələrin ədəbi mətnləri səhnədə canlandırmaq bacarıqlarını nümayiş etdirdiyi tədbir kostyum dizaynı və səhnə performansı ilə universitetin mədəni fəaliyyətlərinə töhfə verib.
Tədbirin sonunda uğurlu çıxış edən aktyor heyətinə təşəkkür sertifikatları təqdim olunub. Tamaşa kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz