Press "Enter" to skip to content

Tarixi Ejder Karvansarayında Qafqaz rəqsi

Qafqaz rəqsi

BAYRAQDAR MEDİA – Iğdır şəhərindən təxminən 30 kilometr məsafədə yerləşən tarixi Ejder Karvansarayında “Gələcəyin izində sənətin zərifliyi: Nakş-ı Saray” adlı sərginin açılışı keçirilib. Iğdır Üniversitesi tərəfindən təşkil olunan tədbir böyük maraqla qarşılanıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, açılış mərasimindən əvvəl musiqili proqram təqdim edilib və Iğdır bölgəsinə aid xalq rəqsləri nümayiş etdirilib: “Sinan Kaya və komandası tərəfindən ifa olunan Qafqaz rəqsi tədbirin ən diqqətçəkən çıxışlarından biri olub. Rəqs kollektivi təqdim etdiyi rəngarəng çıxışlarla iştirakçıların alqışını qazanıb”. Tədbirdə iştirak edən Iğdır valisi M. Fırat Taşolar və universitetin rektoru Prof. Dr. Ekrem Gürel rəqs qrupunu təbrik ediblər. Tarixi məkanda keçirilən tədbir həm mədəniyyətin, həm də incəsənətin təbliği baxımından əlamətdar hesab olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.