Press "Enter" to skip to content

“Yaradan” adlı sənədli film xarici dildə təqdim edilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Gələcəyin qurulması: Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məhəllələrinin yaradılması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunan “Yaradan” adlı sənədli film xarici dildə təqdim edilib.

İctimai Birliyin sədri və filmin ssenari müəllifi Ayaz Mirzəyev tədbirə qatılan xarici qonaqlara bildirib ki, ekran işində Ümumdünya Şəhərsalma Forumunun prioritetləri olan insanların dayanıqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və “ağıllı şəhər” konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb. Film ümumilikdə dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan qalib xalqın hekayəsidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.