Press "Enter" to skip to content

QHT əməkdaşlığında daha bir addım

Azərbaycan və Özbəkistan QHT-lər üçün ilk dəfə birlikdə qrant müsabiqəsi elan edir

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə qrant müsabiqəsi elan edir.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il iyul ayının 1-də başlanacaq. Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan Respublikasının QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu aparacaq. Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra etməlidir. Müraciət üçün son tarix 30 iyul 2026-cı ildir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək, elan ediləcək.

Müsabiqə ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə öyrənmək olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.